İsrail snayperləri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində Nasser xəstəxanasına nişangahda saxlayır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra yerli jurnalistlərə danışıb.
Onun sözlərinə görə, son sutkada xəstəxanada olan 7 nəfər snayper atəşi ilə öldürlüüb, 14 nəfər isə yaralanıb: "Ölən və yaralananlar arasında tibb işçiləri də var...".
Tahir Şəlvəli
MİA.AZ