Sabirabadda tibb məntəqəsi yanıb.

Mia.az FHN-ə istinadla xəbər evrir ki, Sabirabad rayonunun Bala Həşimxanlı kəndində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb.

Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.