Bakıda şadlıq evində fəhlə yıxılaraq ölüb.
Mia.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Bildirilib ki, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.