"Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək".
Mia.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.
Onun sözlərinə görə, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq.
Agentlik sədri bildirib ki, tibbi müayinədə fərqli sistem olacaq: "Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür".