Ağsu rayonunun Ləngəbiz kəndində iki nəfər dəm qazından zəhərlənib.
Mia.az xəbər verir ki, kənd sakinləri - 1962-ci il təvəllüdlü İbrahimova Bəhanə Əlhəsən qızı və 1956-cı təvəllüdlü İbrahimov Alim Məmməd oğlu yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək, Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hər iki şəxsə ilkin tibbi yardım göstərilib.