Baş Prokurorluq Bakıda tələbənin və qardaşının dəm qazından boğularaq ölməsi barədə məlumat yayıb.
Bildirilib ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
***
ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.
Mia.az xəbər verir ki, o, gecə saatlarında dəm qazından boğulub.
Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.