"26 yanvar 2024 tarixi səhər saatlarında Azercell şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Facebook/Instagram/WhatsApp) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi".
Mia.az xəbər verir ki, bu məlumatı "Azercell" yayıb.
Şirkət daha sonra qeyd edib: "Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin edilmişdir".
MİA.AZ