Monqolustanın paytaxtı Ulan-Batorda ticarət mərkəzinin yaxınlığında 60 ton maye qazla yüklənmiş yanacaqdaşıyan maşın partlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə zamanı ölən və yaralananlar var.
Bildirilib ki, hazırda onların sayı dəqiqləşdirilir.
Bununla yanaşı, ətrafdakı maşın və tiklilər alovlanaraq külə çevrilib.
Tahir Şəlvəli
MİA.AZ