Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı sursatlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşları 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.