İmişli rayonun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, polis kəsilmiş ağacları maddi sübut kimi götürüb.
Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.