Fatih Terimin yeni başına keçdiyi Yunanıstanın "Panatinaikos" komandası "Trabzonspor"un qolçusu Anastasios Bakasetas üçün "düymə"ni basıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fatih Terimi baş məşqçi olduğu Yunanıstan təmsilçisi Bakasetasın transferi üçün qara dəniz klubuna eni təkliflərini göndərməyə hazırlaşır.
Məlumata gərə, 13 ildir Yunanıstan Superliqasında çempionluğa həsrət qalan "Panatinaikos" buna qədər iki dəfə "Trabzonspor"la müqaviləsi mövsümün sonunda başa çatacaq Bakasetas üçün təklif göndərsə də, rədd cavabı alıb.
İddiaya görə, 3-cü təklif daha əlverişli olacağından "Trabzonspor" "yox" deyə bilməyəcək.
Fərid
MİA.AZ