Milli Məclisin sabiq sədri, uzun müddətdən bəri ABŞ-da mühacirət həyatı yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial media hesabında məlumat və fotolar paylaşıb.

O bildirib ki, keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv.metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb: "Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var".

Samir Musayev

MİA.AZ