CHP Partiya Məclisi 31 mart 2024-də keçiriləcək bələdiyyə seçkilərində 10 böyük şəhər üzrə namizədlərini müəyyənləşdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP Partiya Məclisi İstanbulda Əkrəm İmamoğlu, Ankarada Mənsur Yavaş, Bursada Mustafa Bozbey, Balıkəsirdə Əhməd Akının bələdiyyə sədrliyinə namizədliklərini təsdiqləyib.
Bununla bərabər, CHP-dən xaric edilən, daha sonra əfv olunaraq partiyaya qayıdan Tanju Özcan yenidən Boludan namizəd olaraq irəli sürülüb.
Beləliklə, 10 şəhər üzrə namizədlikləri təsdiqlənən şəxslər aşağıdakılardır:
İstanbul - Əkrəm İmamoğlu
Ankara - Mənsur Yavaş
Bolu - Tanju Özcan
Bursa - Mustafa Bozbey
Balıkesir - Ahmet Akın
Elazığ - Coşkun Çağlar Duran
Gümüşhane - Bedri Ağac
Bayburt - Kubilay Erel
Nevşehir - Mehmet Bilgin
Karaman - Recep Sertçelik
Tahir Şəlvəli
MİA.AZ