"Gələn il Somalidə 6,9 milyon insanın humanitar yardıma ehtiyacı olacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi hesabat hazırlayıb.
Hesabatda 2024-cü ildə quraqlıq, daşqın və qarşıdurmalar səbəbindən 6,9 milyon insanın yardıma ehtiyacı olacağı vurğulanıb: "Bunun üçün isə ən azı 1,7 milyard dollar tələb olunur".
Hesabatda ölkədə 4 milyon insanın yurdlarından didərgin düşdüyü də qeyd olunub: "Onların 80 faizi qadın və uşaqlardır. Bu köçkünlərin yalnız 8 faizi özlərinə nisbətən təhlükəsiz sığınacaq tapa bilib. Qalanları isə acınacaqlı durumdadırlar".
Məlumata görə, iqlim dəyişikliyi ilə əlaqədar ölkənin bəzi yerlərində quraqlıq, bəzilərində isə güclü yağış və daşqınlar müşahidə olunur: "Bu da insanlaırn vəziyyətini çətinləşdirib".
Firudin Səfərli
MİA.AZ