Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.