"Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var".

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, proses nəzarətdədir: "Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hadisə ilə üzləşməyək. Hazırda bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük".