Avropa İttifaqının ali nümayəndəsi Jozep Borel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb.
Mia.az xəbər verir ki, o, bu barədə sosial media səhifəsində paylaşım edib: "Avropa İttifaqı Ermənistan və Azərbaycanın saxlanılanların mübadiləsi və digər etimad tədbirləri ilə bağlı birgə açıqlamasını alqışlayırıq. Bu, mühüm siyasi addımdır".
Borel qeyd edib ki, Avropa İttifaqı olaraq, regionda sülhün bərqarar olması istiqamətində danışıqları dəstəkləyirlər.
Zülfiyyə
MİA.AZ