Bakıda liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.
Mia.az xəbər verir ki, bu barədə 20 nömrəli məktəb-lisey məlumat yayıb.
Bildirilib ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".