Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında iştirak edəcək.
Mia.az Milli Məclisə istinadla xəbər verir ki, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitənin işində iştirak etmək üçün dekabrın 2-də İtaliyanın Roma şəhərinə səfər edəcək.
Səfər dekabrın 7-də başa çatacaq.