Ağdaş rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Kərimov Çərkəzin valideynləri fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılması ilə bağlı SOCAR-ın “Azəriqaz” İB-yə müraicət ünvanlayıblar.

Mia.az xəbər verir ki, ünvanlanan müraciətlə bağlı Birlik tərəfindən dərhal reaksiya verilib.

Qazi Kərimov Çərkəzin yaşadığı fərdi  yaşayış evi qazlaşdırılaraq qapı keçidi quraşdırılıb.