İsrail qüvvələri Livana növbəti zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.
Məlumata görə, İsrail ordusu sərhəddəki Əl-Abad hərbi məntəqəsindən Livanın Hunin qəsəbəsində patrul xidməti aparan hərbi maşını vurub.
Xəbərdə deyilir ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 86 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Lamiyə Əhmədli
MİA.AZ