İsrailin Azərbaycandakı səfirliyinin binasına HƏMAS-ın Qəzzada girov saxladığı israillilərin fotoları vurulub.
Mia.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritsky sosial media hesabında paylaşım edib: "Səfirliyimizin divarları hekayə danışır. Biz hər bir uşaq və böyüklərin qəddar əsirlikdən qurtulmasından məmnunuq, lakin çoxları hələ də Qəzzadadır. HƏMAS yaraqlıları günahsız insanları qətlə yetirir və qaçırır".