Sabiq daxili işlər naziri Süleyman Soylu Türkiyədə çökdürülən “Komançero” adlı beynəlxalq cinayət təşkilatının rəhbəri Hakan Ayıkla adının hallandırılmasına olduqca sərt və eyhamlı reaksiya verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial mediada hesabında paylaşım edən keçmiş nazir Hakana vətəndaşlıq verilməsi xəbərini təkzib etməklə, yanaşı, sətiraltı mesajlar da ünvanlayıb.
O, qırmızı bülletenlə axtarılan birinin vətəndaşlıq almasının heç bir halda mümkün olmadığını deyib: "Belə yalan və iftiralarla Süleyman Soylunu göməlim deyərkən, dövlətin bütün qurumlarını paralel gömürlər...".
Xatırladaq ki, keçmiş Daxili İşlər naziri hazırda iqtidar partiyası olan AK Partiyanın İstanbuldan deputatıdır.
Onun paylaşımını aşağıda olduğu kimi təqdim edirik:
Firudin Səfərli
MİA.AZ