Zəngilan rayonunda 18 mina, 8 silah aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumbaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edib və müvafiq qaydada götürüb.

Faktla bağlı araşdırma aparılır.