ADA Universitetində müxtəlif ölkədən olan bir qrup diplomatla regional və qlobal məsələlərlə bağlı geniş müzakirə aparılıb.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev sosial mediada paylaşım edib: "Xəzər Hövzəsi Araşdırmaları Proqramı çərçivəsində müxtəlif ölkədən olan bir qrup görkəmli diplomat qarşısında çıxış etməyə, regional və qlobal məsələlərlə bağlı daha geniş müzakirə və fikir mübadiləsi aparmağa dəvət etdiyinə görə ADA Universitetinə təşəkkür edirəm".