“Ermənistan sülh müqaviləsi ilə bağlı bütün variantları nəzərdən keçirir”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O bildirib ki, sülh danışıqlarının harada keçirilməsi ilə bağlı da bütün variantlar barədə düşünülür((Report).

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 21-də rəsmi Bakının sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib: “Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”.

MİA.AZ