“Kiberdələduzların qurbanlarına çevrilməmək üçün tanımadığınız şəxsdən gələn şübhəli məktubları və linkləri açmayın”.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi paylaşım edib: "Hədiyyə qazandınız kimi anidən gələn mesajlara inanmayın. Bütün hesablarınız üçün eyni paroldan istifadə etməyin. Şəxsi və bank kartı ilə bağlı informasiyalarınızı heç kimlə bölüşməyin. Açıq mənbələrdə şəxsi məlumatlarınızı yaymayın”.