"Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edirəm".

Mia.az xəbər verir ki, bu sözləri deputat Fəzail Ağamalı parlamentin bugünkü iclasında deyib.

Deputatın sözlərinə görə, 1990-cı illərdə bəzi deputatlarla birgə ABŞ-yə səfər ediblər. “Səfər zamanı mənə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı statusu verdilər. Bu gün onların hər iksindən imtina edirəm”.