""İctimai iştirakçılıq haqqında" qanunun 7.3.3. bəndinə əsasən öz fəaliyyətinə dair illik hesabat hazırlamaq və dərc etdirmək İctimai Şuraların vəzifəsidir".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, AzNews.az-ın Baş redaktoru Taleh Şahsuvarlı sosial media hesabında yazıb.

Jurnallstin sözlərinə görə, Ekologioya və Təbii Sərbətlər Nazirliyinin (ETSN) yanında İctimai Şuranın illik fəaliyyəti haqqında hesabat nə nazirliyin saytında, nə də digər internet resurslarında yer alıb:

"ETSN-nin rəsmi saytında qanunvericiliyə uyğun olaraq İctimai Şuranın fəaliyyətinin cəmiyyətə çatdırılması üçün xüsusi bölmə yaradılıb. Bu bölmədə son xəbər 22 yanvar 2021-ci ildə yerləşdirilib. "İctimai iştirakçılıq haqqında" qanuna görə, İŞ-ların səlahiyyət müddətinin iki il olduğunu nəzərə alanda məlum olur ki, müvafiq bölmədə yerləşdirilən son xəbər ETSN yanında İctimai Şuranın cari tərkibinin fəaliyyətinə aid deyil".

Jurnalist bildirib ki, həmin tarixdən daha əvvəlki dövrdə yayımlanmış məlumatların böyük əksəriyyəti isə sözügedən İctimai Şuranın fəaşliyyətinə ümumiyyətlə, dəxli yoxdur: "Odur ki, açıq şəkildə ETSN yanında İctimai Şuranın üzvlərinə və rəhbərliyinə səslənir, vətəndaş cəmiyyətinin təmsilçisi kimi fəaliyyətləri barədə cəmiyyətə əsaslı hesabat təqdim etməyi tələb edirəm".

Tahir Şəlvəli