"Paytaxt Bakının fasiləsiz qaz təminatı prosesində Bakı Regional Qaz İstismarı və Bakı Regional Qazın Satışı Departamentlərinin əməkdaşlarının da əziyyəti danılmazdır".
Mia.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev sosial media səhifəsində yazıb.
Baş direktor bildirib ki, bu gün sözügedən qurumlaırn əməkdaşları ilə görüşüb: "Görüş zamanı nəzarətçi-çilingərlərin iş prosesində qarşılaşdıqları problemləri, həmçinin təklifləri dinlənildikdən sonra səslənən bu və ya digər məsələlər barəsində ətraflı məlumat verildi. Hər iki departamentdə çalışan ümumilikdə 30 əməkdaşımız tərəfimizdən faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə təltif olundu. Onlara məsuliyyətli işlərində bir daha uğurlar arzulayırıq".