CHP sədri olan Özgür Özəl 2024-cü ildə keçiriləcək bələdiyyə sçekilərində hazırda sahib olduqları 11 böyük şəhərdən 8-də uduzma ehtimallarının çox olduğunu etiuraf edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, seçkilərlə bağlı apardıqları sorğunun nəticələrini ictimaiyyətlə bölüşüb. 

CHP-nin hazırda liderlik etdiyi 11 böyük şəhər bələdiyyəsindən yalnız üçündə qalib gəlmə problemlərinin olmadığını deyən Özəl bildiriib ki, qalan 8 şəhərdə vəziyyət ürəkaçan deyil: "Hazırda həmin şəhərlərdə toparlanmaq üçün yerli təşkilatlarımızla işləyirik".

Partiya sədri Ankara, İstanbul və ydın şəhər bələdiyyə sədrləri postunu yenidən qazanacaqlarına problemgörmədiklərini deyib: "Bu üç şəhərdə açıq fərqlə qalib göələcəyik".

Xatırladaq ki, CHP hazırdsa 11 böyük şəhərdə bələdiyyə sədrləri vəzifələrini əlində saxlayır: Adana, Ankara, Antalya, Aydın, Əskişəhər, Hatay, İstanbul, İzmir, Mersin, Muğla və Tekirdağ.

Zülfiyyə

MİA.AZ