Bu gün AK Partiyanın parlamentdəki qrupu ilə görüşən Türkiyə lideri Ərdoğan orada mühüm mesajlar evrib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qəzzadakəı fəlakətli savaşdan uzun-uzadı danışan Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "topa tutub".
Baş nazirin vəzifəsində çox qala bilməyəcəyini təkrar edən Ərdoğan tribunada səs tonunu qaldıraraq ondan soruşub: "Buradan Netanyahuya səslənirəm, sənin atom bomban var, yoxsa? Varsa, cəsarətin çatırsa, açıqla. Ey İsrail, sənin də nüvə bomban var və onunla təhdid edirsən. İndi sənin əcəlin gəlir. Nəyə sahib olursan ol, gedicisən..."
Ərdoğan daha sonra deyib ki, hökumət olaraq biz İsrail vəhşiliyini dayandırmaqla yanaşı, Türkiyəni gücləndirməyə davam edir: "Ölkəmizə xidmət yolunda fasiləsiz olaraq yolumuza davam edirik. Türk milləti olaraq bu torpaqlarda azad və dinc yaşamaq istəyiriksə, güclü olmalıyıq. Biz hər sahədə, o cümlədən siyasətdə, iqtisadiyyatda, təhlükəsizlikdə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər. Torpaqlarımızla bağlı pis fikirlər becərən insanlar özlərini ifşa edirlər. Ermənistan Qarabağ müharibəsindən dərs aldı və öz yerinə oturdu. İndi İsrail idarəçiləri oxşar aldatmaları təkrarlamağa başlayıblar və bunlar məyusluqla bitəcək. Qonşularımızı bizə qarşı təhrik edənlərin, PKK-nı üstümüzə qoyanların, FETÖ-nü aramıza soxmuşların ambisiyalarını puça çıxarmağa davam edəcəyik. Biz bu birliyi və həmrəyliyi dəstəkləyəcək infrastruktura malik olmalıyıq. Güclü və müasir ordu mütləqdir. İnvestisiya və məşğulluğa əsaslanan möhkəm və dayanıqlı iqtisadiyyatdır. Yoxsa, yaxşı bilirik ki, bizi bu torpaqlarda yaşamağa, nəfəs almağa qoymayacaqlar. Biz bunu bir əsr əvvəl Çanaqqalada yaşadıq. Əgər zəifləsək, barbarlığın təkrarlanmasının qarşısını ala bilmərik. Millətimizin müstəqilliyi, gələcəyi üçün çalışan hər kəsə Allahdan uğurlar arzulayıram".
Qeyd edək ki, İsrailin 90 nüvə başlığına sahib olduğu deyilsə də, rəsmi Tel-Əviv bu barədə xəbərləri indiyədək nə təkzib, nə də təsdiq edib.
Samir Musayev
MİA.AZ