"Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir".

Mia.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial media hesabındakı paylaşımında yazıb.

O daha sonra bildirb ki, İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub: "Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır".