Dövlət Baxçalı ilə Xalqların Bərabərlik və Demokratiya Partiyasının (HEDEP) Kocaelidən deputatı olan  Ömər Faruk Gergerlioğlu arasındakı "atışma"ya Türkiyə mafiyasının liderlərindən sayılan Alaattin Çakıcı da qatılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə sosial media hesabından paylaşım edən mafiya lideri deputata ağır sözlər yönəldib: "Kandil (PKK-ya eyham vurur - Mia.az) uzantısı Osman Ömər Faruk Gergerlioğlu, sözünü bilməyən axmaq adam mənim adımı çəkərək "niyə mafiya ilə şəkil çəkdirmisən?" deyir. Küçədə hamı hamı ilə şəkil çəkdirir. Bu cinayət deyil. axmaq hərif, ağlını başına topla, bir daha boyundan böyük söz danışma. Ürəyi olmayan Kandilin parlamentdəki qudurmuş çaqqalları, cəsaərtinz varsa, qarşıma çıxın. Türkiyənin hər yerni gəzirəm. Kişisinizsə, mənimlə üz-üzə gəlin".

Xatırladaq ki, MHP lideri Dövlət Baxçalı deputat Ömər Faruk Gergerlioğlunun da adını çəkərək HEDEP-li deputatları  sərt şəkildə "topa tutub".

Bundan sonra deputat  Ömər Faruk Gergerlioğlu Dövlət Baxçalının Ali Məhkəmə ilə Konstitusiya Məhkəməsi arasındakı gərginlikdə ittiham olunmasına həddən ziyadə təhqiramiz cavab verib.

O, parlamentdə çıxış edərək Baxçalını böhtan atmaqda günahlandıraraq, deyib: "Bu təhqir və böhtanları eyni şəkildə Baxçalıya geri qaytarıram. Xalqın nümayəndəsini təhqir etmək xalqa təhqirdir. Baxçalı o vaxt məni buradan - Məclisdən uzaqlaşdırmaq üçün çox çalışdı. Ancaq Konstitusiya Məhkəməsinin 15-0 yekdil qərarı ilə TBMM-ə qayıtdım, ədalətsizliyə, zülmə qalib gəldim, xalqımızla birlikdə onu məğlub etdik. Qanunla mübarizə aparacaqsan, Baxçalı! Buna dözəcəksən, Baxçalı! Yerini biləcəksən, Baxçalı! Öz yerində oturacaqsan, Baxçalı! Soyadımı belə düzgün tələffüz edə bilməyən Baxçalı, get, türkcə öyrən və gəl! Sən hələ Sinan Ateşin qatilinin Olcay Rehberin evində niyə çıxdığını izah elə, niyə nafiya lideri Alaattin Çakıcı ilə poza verdiklərindən danış...".

Firudin Səfərli

MİA.AZ