"Yaxşı ki, burada söz demək üçün reqlament 15 dəqiqə verməmişik".
Mia.az xəbər verir ki, bu sözləri spiker Sahibə Qafarova deputat Etibar Əliyevin çıxışına münasibətdə deyib.
Spiker deputatın təhsillə bağlı iradları ilə razılaşmayıb: "Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı, belə deyil. Heç olmasa, tikilən yeni binalardan deyin, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar bir və ya iki ilə nəticə verə bilməz”.
Xatırladaq ki, deputat Etibar Əliyev çıxışında ölkədə təhsilin mövcud vəziyyətindən danışaraq, problemləri sadalayıb.
O, məktəblərdə dərs keçirilmədiyini, repetitorluğun artmasına diqqəti çəkib: "Valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur. Bununla belə, bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Həl il büdcəsi artan təhsil beləmi olmalıdır?"
Tahir Şəlvəli
MİA.AZ