Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfər çərçivəsində bu ölkənin Prezidenti Aleksandr Vuçiç ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və son regional hadisələri müzakirə ediblər.

****

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Serbiyaya rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində C.Bayramovun Serbiya xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.