Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının apellyasiya şikayəti təmin olunmayıb.
Mia.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov qərar verib.
***
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Məlumata görə, şikayətə sabah, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb(Report).