"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "ADY Konteyner" MMC-nin direktoru Rəşad Məcidov vəzifəsindən azad edilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Əkbər Mədətliyə həvalə olunub.

O, həm də "ADY Ekspress" MMC-nin direktorudur.

Xatırladaq ki, "ADY Konteyner" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 000 830 manatdır.