Azərbaycan Xarici İşlər Nazirliyi Nepala başsağlığı verib.
Mia.az xəbər verir ki, başsağlığında deyilir: "Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik".
Qeyd edək ki, Nepalda baş verən zəlzələdə 128 nəfər ölüb.