"Ermənistanın yerləşdirdiyi minalar Azərbaycan vətəndaşlarını öldürməkdə və onlara xəsarət yetirməkdə davam edir. Tərtərdə minanın partlaması nəticəsində 24 yaşlı gəncin ayağı amputasiya olunub".

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial media hesabında paylaşım edib.

Paylaşımda daha sonra deyilir: “Münaqişə başa çatdıqdan sonra 336 azərbaycanlı mina qurbanı olub. Bu təhlükəni aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir”.