CHP-nin 55 il sədri bəyanat yayıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyanın sabah keçiriləcək növbədənkənar 38-ci qurultayından əvvəl CHP-nin 55 şəhər təşkilatının sədrləri seçkidə hazırkı sədr Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıblar.

Bu barədə CHP-nin Ankara şəhər təşkilatının sədri Ümit Erkol mətbuat konfransında ətraflı danışıb.

O deyib ki, həmkarları ilə birgə başlayan yenilənmə prosesini davam etdirəcəyinə inandıqları CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləməyə qərar veriblər: "Hörmətli Kılıçdaroğlunun 900-dən artıq qurultay nümayənədəsinin səsi ilə yenidən partiya sədri seçiləcəyini görürük...".

Ankara təşkilatının sədrinin sözlərinə görə, CHP bu qurultaydan güclənərək çıxacaq: "Bundan sonra 81 təşkilat liderləri vahid çatı altında daha güclü şəkildə birləşərək, partiyamızı iqtidara daşıyacaq...".

Tahir Şəlvəli

MİA.AZ