Azərbaycan Mərkəzi Bankı 13 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

Mia.az xəbər verir ki, bununla bağlı qərar oktyabrın 20-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.

Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.