"Fransanın hərəkətləri regionlarda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Ria" xəbər agentliyinə açıqlamasında deyib.

Zaxarova Fransa prezidenti Emmanuel Makronun terror təşkilatları ilə mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmaq təklifi barədə siuala cavabda bildiirb ki, Parisin ideoloji hərəkətləri çox vaxt əks effekt verir və bu, yalnız dünyanın bəzi ölkələrində və regionlarında vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır: "Əgər Fransa həqiqətən də regionda atəşkəsin yaradılmasına və qan tökülməsinin dayandırılması işinə töhfə vermək istəyirsə, Fələstin-İsrail və ümumən Yaxın Şərq məsələsinin siyasi həll variantından danışsın. Bu, diplomatik yollarla həll edilməli olduğu mövqeyimizi dəstəkləyə bilər. Buna görə də biz israilliləri və fələstinliləri bütün mübahisəli məsələləri müzakirə etmək üçün tez bir zamanda birbaşa danışıqlara başlamağa çağırırıq”.

Zaxarova deyib ki, regionda savaşın bitməsi və birdəfəlik sülhün yaranması 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron oktyabrın 24-də İsrailə səfəri zamanı terror təşkilatı DEAŞ-a qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanı Həmas-a qarşı da mübarizə aparmağa, terror təşkilatlarına qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmağa çağırıb.

Zülfiyyə

MİA.AZ