Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə toplantısında iştirak etmək üçün “TC-TUR” adlı şəxsi təyyarə ilə Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz yola salıb.
Məlumata görə, Ərdoğanə səfərdə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun müşaiyət edirlər.
Məlumarda deyilir ki, Astanada Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı keçiriləcək.
Sammitdə Türkiyədən başqa, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın həmkarları ilə görüşlərində başda İsrailin Fələstinə qarşı davam edən hücumları başda olmaqla regional və qlobal məsələlər müzakirə olunacaq.
Türk Dövlətləri Təşkilatı Qəzzada humanitar atəşkəsə nail olmaq üçün birgə səyləri müzakirə edəcək. Münaqişələrin yayılmasının qarşısını almaq üçün atılacaq addımlar hərtərəfli müzakirə olunacaq.
Rusiya-Ukrayna müharibəsi ilə ortaya çıxan və xüsusilə Avropanın üzləşdiyi enerji problemi də sammitin gündəmindədir. Enerji təchizatının təhlükəsizliyi, resursların və marşrutların şaxələndirilməsi ilə bağlı son vəziyyət qiymətləndiriləcək.
Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Sammitində iqtisadiyyat, nəqliyyat və ticarət məsələləri də müzakirə olunur. Üzv ölkələr arasında ticarət və investisiyaların artırılması, əməkdaşlıq sahələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Lamiyə
MİA.AZ