Şirvan şəhərinin mərkəzindən keçən dəmiryolunda qatar iki nəfəri vurub.

Məlumata görə, şəhər sakini, 1997-ci il təvəllüdlü Babayeva Rəhimə Rafil qızı və yanındakı azyaşlı uşaq dəmiryolunu keçərkən onları qatar vurub.

Qəza nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Uşaq isə heç bir xəsarət alımayıb(Report).

Faktla bağlı araşdırma aparılır.

MİA.AZ