Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibəti ilə təbrik edib.
Mia.az xəbər verir ki, nazirliyin bu barədə paylaşımında deyilir: "Dost Əlcəzair hökumətini və xalqını Milli Günü münasibəti ilə təbrik edirik. Biz Azərbaycan və Əlcəzair arasında əlaqələrin genişləndirilməsini səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!".