ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri, yevangelist olduğunu hər addımda qabardan Mayk Conson İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Las veqasda yəhudilərin tədbirində söz açıb.

Nümayəndələr Palatasının sədri BMT-də İsrailə qarşı artan tənqidləri mənasız saydığını gizlətməyib və bildirib ki, telefon danışığında Netanyahuya ABŞ Konqresinin sonuna qədər İsraili dəstəkləyəcəyinə əmin olması barədə vəd verib: "Mən ona (Netanyahuya) dedim ki, bizim İsrailə və İsrail xalqına dəstəyimiz sarsılmazdır. Mən onu əmin etdim ki, Konqres mənim rəhbərliyimlə sona qədər İsrailin yanında olacaq. Bir xristian olaraq, İncilin açıq şəkildə İsrail məsələsində harada durmağımızı söylədiyini bilirəm. Tanrının İsrailə xeyir-dua verən millətlərə xeyir-dua verəcəyini də biliərəm".

Yevangelist olduğu bəlli olan spiker Las Veqasda keçirilən “Respublika Yəhudi Koalisiyasının İllik Toplantısı”ndakı çıxışında daha sonra deyb: "Mən Nümayəndələr Palatasının sədri vəzifəsinə başlayan kimi İsraili dəstəkləyən qətnamə layihəsini səsverməyə qoydum. İlk qətnamə layihəsinin İsrail üçün olması təsadüf deyil və mənim ilk rəsmi tədbirim də burada sizinlədir. İstəyirəm ki, hamı mənim yerimi və mövqeyimi bilsin. Hazırda İsrailə ehtiyacı olan qaynaqları təmin etmək üçün qanun layihəsi üzərində çalışırıq. Buradan Birləşmiş Millətlər Təşkilatına (BMT) da bir mesajım var: yalnız Həmas İsrail üçün təhdid olmağına əmin olduqdan sonra atəşkəs olacaq".

Xatırladaq ki, BMT və onun Baş katibi son iki həıftədə İsrailə atəşkəs çağırışı edir.  Baş katib isə bugünki savaşın İsrail və onun işğalçılıq siyasətindən qaynaqlandığını açıq çıxışında səsləndirib.

Bəs, Yevangelistlər kimlərdir?

Məlumat üçün qeyd edək ki, xristianlıqda “İncilin öyrədilməsi və yayılması” mənasını verən yevangelizm ABŞ-da xristianlar arasında ən çox yayılmış sektalardan biri hesab olunur.

Əhalinin təxminən 25 faizini (təxminən 80 milyon) təşkil edən Yevangelistlər “Xristian sionistlər” kimi də tanınırlar.

Yevangelistlər 1948-ci ildə Fələstin ərazisində qurulan İsrailin “İncil təlimlərinə uyğun qurulduğuna”, “İsa Məsihin bu torpaqlarda yenidən diriləcəyinə” və bu şəkildə “dünyanın sonu”nun gələcəyinə inanırlar. 

Ənənəvi olaraq Respublikaçılar Partiyasına “daha ​​dindar” olduqları səbəbi ilə dəstək verən yevangelistlər son illərdə keçirilən seçkilərdə ən böyük dəstəyi Donald Trampa verib.

Samir Musayev

MİA.AZ