"Ermənistan Mehri yolunu çəkəcək".

“İran öz ərazisindən Naxçıvana yolun çəkilməsinə razıdır. Avtomobil yolu reallaşır. Tədricən dəmir yolu da çəkiləcək. Trans-Xəzər layihəsi çərçivəsində Orta Dəhlizin işə düşməsi ilə Çindən Avropaya yüklərin daşınması da reallaşacaq. Bu yolla ildə təxminən 30-40 milyon ton yükün daşınması nəzərdə tutulur”.

Mia.az xəbər verir ki, bu sözləri Bakupost.az -a politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, regional və qlobal layihələrdən kənarda qalmamaq üçün Ermənistan bu yolun onun ərazisindən çəkilməsinə razılıq verəcək. Bunun nəticəsində də gəlir əldə edəcək: “Hazırki məqamda sözügedən ölkənin bu gəlirə çox ehtiyacı var. Ermənistan dövləti iqtisadiyyatını düşünürsə, Mehri yolunu çəkib Azərbaycanla danışıqlar aparacaq. Azərbaycan çox sadə yol seçib. Naxçıvana İrandan yol var. Ermənistan Arazın sol sahilində bu yolu çəkib prosesə qoşula bilər”.