Hazırda həbsdə olan sabiq deputat, ekologiya məhbusu Nazim Bəydəmirlinin oğlu Cavid Bəydəmirli onu ziyarət edib.

Bu barədə Gununsesi.info-ya açıqlamasında Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bildirib.

Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında ailə üzvləri Nazim Bəydəmirli ilə görüşüb: ”Saxlanma şəraitindən hər hansı bir narazılığı yoxdur. Amma həbsini qanunsuz hesab edir. İstintaqın qanunsuzluğundan ciddi şəkildə narazıdır".

Mia.az