Prezident İlham Əliyevun fərmanı ilə 30 mart 2023-cü ildə ləğv olunaraq yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilən "Azərsu" ASC-də daha bir dəyişiklik həyata keçirilib.
Mia.az xəbər verir ki, müvafiq əmrlə qurumun tabeliyində Qarabağ Regional Sukanal İdarəsi yaradılıb.
Məlumata görə, "Azərsu" ASC-nin sədr əvəzi Köçərli Həsənovun əmri ASC-də çalışan Müşfiq adlı əslən Qazax rayonundan olan şöbə müdirinin müavini həmin idarəyə rəis təyin olunub.
Mia.az-ı məlumatlandıran mənbə deyib ki, ilin sonuna kimi "Azərsu"da Prezident fərmanından irəli gələn çox böyük dəyişikliklər olacaq: "Artıq buna həm ASC-nin aparatında, həm də regional idarələrdə hazırlıq gedir...".
Mövzuya qayıdacağıq
Tahir
MİA.AZ